Food City

67 просмотров (1 человек сегодня)

О Компании

HAQQIMIZDA

“FoodCity Aqrokompleks” 11,71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistikasaxlancçeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir.

Aqrokompleks göstərdiyi xidmətlər və yerləşdiyi məkan etibarı ilə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Belə ki, Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən meyvə-tərəvəz istehsalçılarına və ixracatçılarına operativ şəkildə xidmət göstərirlər. Göstərilən xidmətin yüksək keyfiyyətdə olması əməliyyatların daha rahat, səmərəli və sürətli təşkilində mühüm rol oynayır.

Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.  Logistika mərkəzi ildə 500.000 ton yükaşırma potensialına malikdir. Yük maşınları terminalında 150 tırın parkanması üçün ərazi və gündəlik 200 yük maşınına xidmət göstərə bilmə imkanlı statik və oxlu tipli yük maşını tərəzisi mövcuddur. Dalan dəmir yolu terminalı və yükləmə platforması isə ümumilikdə 130 vaqon tutumludur. Terminal eyni vaxtda 65 vaqona yükləmə-boşaltma əməliyyatı aparılmasına imkan verir.

Fəaliyyətində innovativ texnologiyalardan istifadəni əsas tutan Aqrokompleks saxlancçeşidləmə və paletləmə xidmətlərində də bu ənənəyə sadiq qalır. Ümumilikdə 18.000 ton tutumu olan soyuducu anbar kompleksi İtaliya istehsalı olan müasir texnologiya ilə təchiz olunub və Dinamik Atmosfer Kontrol (DAC) xüsusiyyətlidir. Həmçinin infrastruktur qurğularından olan MAF RODA avadanlığı saatda 4 ton gilas və 5-6 ton çəyirdəkli və tumlu meyvələri çeşidləmə və paletləmə imkanı verir.

Aqrokompleksin ekosisteminə daxil olan ən vacib komponentlərdən biri də qida təhlükəsizliyi üzrə laboratoriyadır. Laboratoriyada gündəlik 24 növ və 400-ə yaxın sayda təhlil aparmaq mümkündür.  

“FoodCity Aqrokompleks”in kənd təsərrüfatı məhsulları istehsalçılarına və tədarükçülərinə göstərdiyi başlıca dəstək xidmətlərdən biri də onları vahid bir platformada əlaqələndirməkdir. Birja yerli və xarici istehsalçıların məhsullarının bazar tipli şourumda sərgilənməsinə və alıcı-satıcı əlaqələrinin vasitəsiz şəkildə qurulmasına xidmət edir.

Aqrokompleksin ekosisteminə daxil olan gömrük zonasında 4 kameralı soyuducu (1556 m³) və 1 qapalı (7638 m³) tipli müvəqqəti gömrük saxlanc anbarları, eyni zamanda saatda 20-25 tıra xidmət göstərə bilən X-Ray yoxlama-baxış sistemi yerləşir.

Göstərilən xidmətin çoxtərəfli təşkil olunması məqəsdilə Aqrokompleksdə ictimai iaşə obyektləri də inşa edilib. Belə ki, ərazidə Biznes Mərkəzi, 22 otaqlı mehmanxana, 150 nəfərə xidmət edə bilən restoran-yeməkxana kompleksiyanacaq doldurma məntəqəsi, yük maşınları üçün texniki servis mərkəzi və avtoyuma məntəqəsi də fəaliyyət göstərir.  

Род деятельности: Экспедиторская компания

Виды продукции: Диспетчерские услуги

Товары и услуги: Ekspeditor

Ваши конкуренты это используют
«Статья», это рекламный инструмент привлечения клиентов, быстрый эффект.

Отзывы о компании Food City ()

К данной компании ещё отзывов нет, но вы можете стать первым, кто оставит отзыв!

    Вы должны , чтобы оставлять комментарии.